Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

məzə fars

1. Çərəz.

2. Məcazi mənada: ləzzət, dad, işvə, naz, yumor. (“Koroğlu” dastanının lüğəti)

Nigar xanım nazla sallana-sallana hovuz qırağına gəldi. Kənizlərdən kimisi ona kabab verirdi, kimi məzə. (Paris nüsxəsi, 4-cü məclis)

*

Qoy paşanın durnalarından tutub gətirib kabab çəksinlər, Eyvaz o kababları məclisə versin, biz de yeyib məzə edək. (Paris nüsxəsi, 9-cu məclis)

*

Səhər-səhər çəmənlərdə gəzərsən,

Yer hay, məlum, gəzərsən, broy!

Bolu bəyin məclisində məzəsən,

Məzəsən, broy, broy!

                (M.Elyas. “Nəğmələr kitabı”)

Azərbaycan dastanlarının leksikası