ər. təsanüd – həmrəylik
M.Ə.Rəsulzadə (1884–1955) tərəfindən hazırlanaraq “Müsavat”ın Varşava konfransında (avqust, 1936) qəbul edilən “Yeni proqram əsasları”nda əksini tapmış milli həmrəylik konsepsiyası.
“Müsavat”ın köhnə proqramında cəmiyyətin müxtəlif sosial təbəqə və siniflərə bölgüsü qəbul edilib, bununla yanaşı, zəhmətkeş siniflərin maraqlarının müdafiəsi partiya qarşısında birincidərəcəli vəzifə kimi qoyulub. “Yeni proqram əsasları”nda isə bu problemə fərqli mövqedən yanaşılıb. Mahiyyət etibarilə partiyanın sosial siyasətinin əsas prinsiplərini özündə əks etdirən M.T. konsepsiyası Azərbaycan cəmiyyəti daxilində milli birlik və həmrəyliyin əldə olunmasına yönəlib. Ölkənin bolşeviklərin işğalı altında olduğu nəzərə alınaraq milli istiqlal mübarizəsində cəmiyyətin bütün təbəqələrinin maksimum konsolidasiyasına nail olmaq vəzifəsi ön plana çəkilib.
Tarix terminləri lüğəti