fr. mignon – əziz, gözəlçə
1. Xırdaölçülü mətbəə şrifti.
M. şriftinin hündürlüyü 7 punkt (ölçü sistemindən asılı olaraq 2,46–2,63 mm) təşkil edir. Bu şriftdən ensiklopedik nəşrlərdə, kiçikölçülü kitablarda, bəzən xırda qəzet elanlarında, şəkilaltı mətnlərdə, cədvəllərdə istifadə olunur.
2. Kiçik formatlı kitab, yaxud musiqi albomu.
Jurnalistika terminləri lüğəti