Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mistifikasiya

yun. mystes ­– sirli + lat. facio – uzaq

Əsl müəllifə deyil, başqa bir şəxsə aid edilən və ya xalq yaradıcılığı məhsulu kimi qələmə verilən ədəbi əsər.

Adətən, müəllif özü yazdığı əsərin müəllifi kimi bir başqasını göstərir. Ədəbiyyat tarixində fransız yazıçısı Prosper Merimenin M.-ları məşhurdur. O, 1825-ci ildə romantik pyeslərini uydurma ispan aktrisası Klara Qasulun adı ilə çap etdirib. Azərbaycanda ədəbi M.-nın nümunələrindən biri M.F.Axundzadənin “Kəmalüddövlə məktubları” traktatıdır. Ədib özünü polemik məktublar şəklində yazılmış əsərin tərcüməçisi kimi qələmə verib. Bu, əsərdə materialist və ateist ideyaların təbliği ilə bağlı olub. M. çox zaman senzura ilə bağlı olur. Bəzən M.-nın əsl müəllifinin müəyyən edilməsi üçün mətnşünaslar uzunmüddətli araşdırmalar aparmalı olurlar. Məsələn, “Əli və Nino”nun müəllifi Məhəmməd Əsəd bəyin kimliyi barədə elmi-ədəbi mübahisələr indiyə kimi açıq qalır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti