Reklam
Reklam

Məsəllər, deyimlər

MOLTANI DİLİ

►Qәliz, anlaşılmaz, aydın olmayan dilə, nitqə və çıxışa istehzalı münasibəti bildirən ifadə.

Bu ifadə Multan şәhәri vә onun әhalisi ilә әlaqәdar meydana çıxmışdır.

Multan Hindistanın Pәncab әyalәtindә, Hind çayı vadisindә yerləşәn qәdim şәhәrdir. Mühüm ticarәt mәrkәzi olaraq xüsusilә orta әsrlәrdə çox məşhur bir yer sayılırdı. Bu şәhərin tacirlәri bir çox ölkәlәrә sәfәr edirdilәr ki, bunların Azərbaycana (xüsusilә də Bakıya) gәlәn qismi yerlilәr tәrәfindәn multani (moltanı) adlandırılırdı. İslam olmayan multanilәrin adı bəzi anlaşılmaz davranışlarına görə mәnfi çalarla ümumilәşib xoşagəlməyən bir mәna kәsb etmişdi.

Bakıda, İçәrişәhәrdә Qız qalası yaxınlığında multanilәrә mәxsus xüsusi bir karvansara olmuşdur. Tәdqiqatçıların göstәrdiklərinә görә, bu karvansaranı XIV әsrdә yerli әhali tikmişdir.

«Moltanı» sözü klassik vә müasir әdәbi-bәdii dilimizdә çoxişlәnәn sözlәrdәndir. «İşin xatiri üçün moltanıya dayı deyәrlәr» misalı dilimizdә atalar sözü kimi işlәdilir.

Məsəllər, deyimlər