Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

monumentallıq

Ədəbi əsərlərin yüksək bədii ümumiləşdirmə sayəsində əldə etdiyi möhtəşəmlik, vüsət və böyük ictimai əhəmiyyəti ilə seçilən estetik keyfiyyət.

Bədii əsərdə M. yalnız insan obrazının xüsusi traktovkası ilə deyil, məkan və zamanın spesifik estetik həlli ilə əlaqədardır. Qavrayış zamanı məkan az qala bütün kainatı əhatə edir, zaman isə əbədilik səviyyəsinə çatır, nəticədə obrazlar çox böyük, bəzən kosmik əhəmiyyət qazanır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti