Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mübtəda budaq cümləsi

Baş cümlədə buraxılmış və ya əvəzlik-qəliblə ifadə olunmuş mübtədanın əvəzində işlənib onun suallarına cavab olan budaq cümlə.

Budaq cümlənin bu növündə baş cümlə budaq cümlədən həm əvvəl, həm də sonra gələ bilər. Əvvəl gəldiyi zaman əlaqə vasitəsi ya in­tonasiya, ya da ki tabelilik bağlayıcısı olur: Düz beş ildir (nə?), mən heç yerə getmirəm. Düz beş ildir ki (nə?), mən heç yerə getmirəm. Baş cümlənin budaq cümlədən əvvəl gəldiyi mübtəda budaq cümlələrində çox zaman əvəzlik-qəlib işlənir. Bu zaman əvəzlik-qəlib nə?, bəzən də kim? sualına cavab verir: O da (nə?) məlumdur ki, doğruya zaval yoxdur. Bu da (nə?) həqiqətdir ki, biz haqqın tərəfdarıyıq. Budaq cümlənin baş cümlədən əvvəl gəldiyi mübtəda budaq cümlələrində kim, kim ki, hər kim, hər kim ki, nə, hər nə, hər nə ki bağlayıcı sözləri işlənir. Baş cümlədə isə əvəzlik-qəlib işlənə də bilər, işlənməyə də bilər; məs.: Kim ki zəhmət çəkir, bəhrəsini görər. Hər kim gəncliyini zəhmətsiz keçirsə, o, gələcəkdə peşman olacaq. İkinci cümlədən göründüyü kimi, bağlayıcı sözlə -sa2 şəkilçisi eyni zamanda əlaqə vasitəsi ola bilər.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti