Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

müjgan fars

Müjə (kirpik) sözünün cəmidir; kirpiklər deməkdir.

Hər baxanda canlar alıb,

Saatda yüz qan eləmə.

Od kimi müjganların

Yarası öldürdü məni.

       (“Abdulla və Cahan”)

                          *

Qurbani güldəstə bağlar oxuna,

Sinəm buta, yarım müjkan oxuna,

Bir namə yaz, hər divanda oxuna,

Görən deyə, var əllərin, bir də yaz!

                                                 (“Qurbani”)

                          *

A beymürvət, çıxdı canım,

Müjganların tökür qanım,

Sənə qurban Səlbi xanım,

Dur, yatmağın çağı deyil.

                         (“Müğüm şah”)

Azərbaycan dastanlarının leksikası