Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mürəkkəb ad

Söz birləşməsi şəklində olan şəxs, yer, əsər, ölkə, tarixi gün və s. adları.

Mürəkkəb adlar cümlədə bir suala cavab verir və mürəkkəb cümlə üzvü olur. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şəki Şəhər İcra Hakimiyyəti. Yüksək dövlət vəzifələri, fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, uni­versitet, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi gün adlarında da bütün sözlərin baş hərfləri böyük yazılır (yar­dımçı sözlərdən başqa): Azərbaycan Respublikasının Pre­zi­den­ti, Azərbaycan Respublikasının Milli Məclisi və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti