1. Bir idarəyə, müəssisəyə rəhbərlik edən vəzifəli şəxs; müdir, rəis. □ Nikolay hospital naçalnikinə raport yazdı. (Ə.Əbülhəsən).
2. Bir idarəyə, müəssisəyə rəhbərlik edən vəzifəli şəxsə; müdirə, rəisə müraciət. □ Xoş gördük, yoldaş naçalnik! (M.Hüseyn).
3. Arxaizm. İnqilabdan əvvəl polis, jandarm rəisi. □ Dur, şikayətə gedək; Divan qursun naçalnik. (Ə.Cavad).