Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

naçaq

fars. na – ön söz, çağ

Nasaz, kefsiz, xəstə kimi, süst, əzgin, xəstəhal. (“Koroğlu” dastanının lüğəti)

Qoç quzudan quzu törər qoç olar,

Qoç igiddən qoçaq olar, sultanım!

Mərd igidlər dava günü şad olar,

Müxənnətlər naçaq olar, sultanım!

                            (“Eyvazın Çənlibelə gətirilməyi”)

*

Ay ağalar, qovğa günü gələndə,

Başı ağrur, naçaq olur müxənnət.

At zərbindən qulaqları tutulur,

Gühdan-güha qaçaq olur müxənnət.

                              (Paris nüsxəsi, 12-ci məclis)

Azərbaycan dastanlarının leksikası