Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nadan [na:dan] sifət fars

1. Cahil, avam, biliksiz, geridə qalmış, məlumatsız. □ Ağıllı düşmən nadan dostdan yaxşıdır. (Atalar sözü).
2. İsim kimi: cahil, avam, biliksiz, geridə qalmış, məlumatsız adam. □ Mən Zakirəm, budur sözüm, söhbətim; Nadan ilə hərgiz olmaz ülfətim. (Q.Zakir).
3. Xəbərsiz, bixəbər, qafil. □ Özünü tez yetir, ay nadan Nəbi! (“Qaçaq Nəbi”).
4. Öz həddini bilməyən; qaba, kobud, qanmaz. □ Nadan adam.

Azərbaycan dilinin izahlı lüğəti