fr. Napoleon d`or – qızıl Napoleon
20 frank dəyərində fransız qızıl sikkəsi.
Fransada 1803–1914-cü illərdə kəsilən N.-un tərkibində 900 əyarlı 5,801 q təmiz qızıl olub. Sikkənin üzərində I Napoleonun və III Napoleonun təsviri verildiyi üçün o belə adlandırılıb. İkiqat N. (40 franklıq), 1/2 N. (10 franklıq) və 1/4 N. (5 franklıq) sikkələr də buraxılıb. XX əsrin 50-ci illərindən Fransa bankı yığım vasitəsi kimi xüsusi şəxslərə satmaq məqsədilə N. buraxıb.
Tarix terminləri lüğəti