Kitab və ya dövri mətbu nəşrlərin istehsalı və satışı ilə məşğul olan hüquqi və ya fiziki şəxs; nəşriyyat sahibi.
Burada “nəşrin istehsalı” dedikdə, ilk növbədə, nəşriyyat-redaksiya prosesləri: redaktə, dizayn, korrektura və s. nəzərdə tutulur. Bu fəaliyyət nəşrin maketinin hazırlanması ilə başa çatır. Nəşr məhsulunun çoxaldılması (tirajlanması) mətbəədə baş verir ki, bunun da maddi-texniki təminatını naşir həyata keçirir. Kitab satışının, habelə marketinqin təşkili də naşirin funksiyalarına aiddir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti