alm. Konzentrationslager və ya KZ
1933–1934-cü illərdən II Dünya müharibəsinin sonuna kimi (1945) Almaniya ərazisində, habelə Almaniyanın işğal etdiyi bəzi ərazilərdə mövcud olmuş cəza müəssisələri.
İlk mərhələdə N.H.D. islah-əmək müəssisələrini xatırladıb və nasist rejiminə müxalif qüvvələrin cəmiyyətdən təcrid edilməsi üçün istifadə olunub. Lakin XX əsrin 30-cu illərinin sonunda Almaniyanın geniş işğallar mərhələsinə qədəm qoyması ilə belə düşərgələrdə məhbusların saxlanma rejimi xeyli sərtləşdirilib. Eyni zamanda məhbusların sayı sürətlə artmağa başlayıb. 1938-ci ildə Avstriyanın Almaniyanın tərkibinə qatılması ilə əlaqədar N.H.D.-ndə saxlanılanların sayı 24 mindən 60 minə çatıb. 1941-ci ildən isə N.H.D. əsl “ölüm düşərgələri”nə çevrilib. Onlardan “keyfiyyətsiz” və “aşağı irqə” mənsub millətlərin nümayəndələrinin, ilk növbədə, yəhudilərin, eləcə də hərbi əsir və nasizm əleyhdarlarının kütləvi surətdə məhvi üçün istifadə olunub. Nasistlər bu düşərgələri yaradarkən sovet təcrübəsindən yararlanıblar.
See also:
Tarix terminləri lüğəti