Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

NATƏVAN

fars. natavan (tavanistan) bacarmaq feilindəndir, dilimizə tərcümədə xəstə, gücsüz, bacarıqsız, taqətsiz, haldan düşmüş, zəif mənalarını ifadə edir.

Qarabağ hakimi İbrahim xan Cavanşirin oğlu Mehdi qulu xanın qızı, şairə, xeyriyyə işləri ilə Azərbaycanda tanınmış ziyalı xanımlardan biri olan Xurşudbanu Natəvanın (1832-1897) təxəllüsündəndir. Çox bacarıqlı, fəal şəxsiyyət Xurşudbanu oğlu Abbası erkən itirdiyindən özünə bu təxəllüsü götürmüşdür. Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış şəxs adları sırasında olan Natəvan qadın adı bu gün də məişətimizdə geniş yayılmış adlardandır. Adın dilimizin ahəng qanununa uyğun dəyişmiş Natavan forması da mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti