1. Nitq söyləyən; çıxışçı.
2. Yaxşı danışıq qabiliyyətinə malik olan, gözəl danışmağı bacaran şəxs.
N. böyük auditoriyalarla birbaşa ünsiyyətdə olur. Onun vəzifəsi yalnız informasiyanı, fikri, ideyanı aydın şəkildə ifadə və izah etməkdən deyil, həm də ictimai rəyə təsir göstərməkdən – insanları inandırmaqdan, onlarda cavab reaksiyası yaratmaqdan ibarətdir. Məhz buna görə jurnalistikanın tarixinə həsr olunmuş bir çox araşdırmalarda antik dövrün N.-lərini dünyada ilk publisist-jurnalistlər adlandırırlar. «Qəzetlərin əcdadı» hesab edilən və e.ə. 59-cu ildə Romada gündəlik nəşr olunan Acta diurna-da («Gündəlik işlər») xəbərlərlə yanaşı, məşhur N.-lərin çıxışlarından xülasələr verilirdi.
See also:
Jurnalistika terminləri lüğəti