Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

naxalar

lat. siluridae

1. Çəkiyəoxşarlar dəstəsinin 2 fəsiləsindən biri.

N. 2 cinsi əhatə edir: N. və parasilurlar.

2. Eyniadlı fəsilədən balıq cinsi.

Bədəninin uzunluğu 5 m-ə, çəkisi 300 kq-a çatan balıqlardır. Avrasiyanın bir çox Şimal və Cənub dənizlərində, o cümlədən Xəzər dənizində yayılmışdır. Ən tipik növləri adi (Avropa) N., Soldatov N. və Çin N.-dır.

Biologiya terminlərinin izahlı lüğəti