fars. naz sözündəndir. Nazan (bax: ad – NAZ) qadın adı özünü bəyəndirmək, diqqət çəkmək üçün nazlı hərəkətlər edən (qadın, qız) mənasındadır.
Adın daşıyıcılarından hazırda Sabancı Muzeyinin rəhbəri Nazan Ölçər ədəbiyyatşünas, türkoloq, ensiklopedik səciyyəli elmi yaradıcılığı olmuş, vətəndən uzaqlarda yaşamağa məcbur qalmış prof. Əhməd Cəfəroğlunun qızıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti