Reklam
Reklam

Tarix terminləri lüğəti

Nazirlər Şurası

1. Bir sıra dövlətlərdə (İtaliya, Fransa, Peru, Niderland, Bolqarıstan və s.) hökumətin rəsmi adı.

Rusiya imperiyası (1905–1917) və SSRİ-də (1946–1991) də hökumət N.Ş. adlanıb.

2. 1861-ci ildə Rusiyada təsis olunmuş xüsusi hökumət qurumu.

Çarın sədrlik etdiyi bu qurum ümumdövlət əhəmiyyətli məsələlərin, nazirlik və idarələrin təqdim etdiyi materialların və illik hesabatların müzakirəsi ilə məşğul olub. N.Ş.-nın iclasları qeyri-müntəzəm keçirilib. 1882-ci ildən isə onun fəaliyyəti faktik olaraq dayandırılıb.

See also:

Tarix terminləri lüğəti