Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

1 [nə] əvəzlik

1. Bu və ya digər əşyanı, vəziyyəti, halı, hadisəni müəyyənləşdirmək üçün sual məqamında işlədilir. □ Nə dedin? Nə olub? Bu nə evdir?
2. Təsdiq bildirən feillərə inkarlıq mənası verir. □ Səndən yaxşılıqdan başqa nə görmüşəm? (İ.Əfəndiyev).
3. Cəm şəkilçisi ilə “hər şey”, “hər nə istəsən” mənasında. □ Bu yoldan gələr, keçər; Ahular mələr, keçər; Oğulsuz anaların; Qəlbindən nələr keçər. (Bayatı).
4. Şəxs əvəzliklərindən sonra gələrək onlara inkarlıq mənası verir. □ Ona nə. Sənə nə.
5. Çıxışlıq halında “niyə”, “nə üçün”, “nə səbəbə”, “niyə görə”, “nədən” suallarını əvəz edir. □ Əzizim, qandı ürək; Yar sözün dandı ürək; Şirin şərbət içirtdin; Nədən bəs yandı ürək? (Bayatı).
6. “İsə” qoşması ilə qeyri-müəyyənlik bildirir. □ Təcrübəli Fərhadoğlu vurnuxur, nə isə qəti bir qərara gələ bilmirdi. (S.Rəhimov).
7. “Var” sözü ilə “heç nə”, “heç zad” mənası verir. □ Meyvəsiz bağda nə var? Bəhrəsiz tağda nə var? Məcnun xəyallı könlüm; Leylisiz dağda nə var? (Bayatı).
8. Xəbər şəkilçisi ilə “nədir?” formasında sual kimi işlənir. □ ...Bu nədir? Məndən başqa burada adammı var?... (A.Şaiq).

2 [nə] ədat

Danışan şəxsin bir şeydən məmnunluğunu, o şeyin ürəyindən olduğunu bildirir. □ Nə ürəyimdən dedin? Nə yaxşı əsərdir?

3 [nə] bağlayıcı

Sadə cümlələrdə həmcins üzvləri, mürəkkəb cümlələrdə isə onun tərkibinə daxil olan cümlələri bir-birinə bağlayır (əsasən təkrar edilərək işlədilir, və, də, də ki bağlayıcılarından biri artırılır). □ Nə bir işıq görünür, nə də bir həyat səsi eşidilirdi. (C.Cabbarlı).

See also:

frazeologizm: arığın qoruqda nə işi frazeologizm: barıtla odun nə aşnalığı frazeologizm: çıxmayan cana nə qulfüvallah frazeologizm: eşşək nə bilir xurmanın dadını frazeologizm: eşşək nə bilir zəfəran nədir frazeologizm: qurd keçinin nəyin yeyib ki frazeologizm: mən nə haydayam, sən nə hayda frazeologizm: məscid qapısıdır, nə yarmaq olur, nə də yandırmaq frazeologizm: məscidin qapısı açıqdır, itin abrına nə gəlib frazeologizm: nə ağ deyir, nə qara frazeologizm: nə ağzı (həddi, hünəri) var frazeologizm: nə alıb-verəcəyi var frazeologizm: nə badağa gəlir, nə hodağa frazeologizm: nə başını ağrıdım frazeologizm: nə borcuna frazeologizm: nə coraba yamaqdır, nə tumana bağ frazeologizm: nə desən çıxar frazeologizm: nə dəvə görmüşəm, nə də qığını frazeologizm: nə dəvənin südü, nə ərəbin üzü frazeologizm: nə eləyim, necə eləyim deməyəsən frazeologizm: nə ətdir, nə balıq frazeologizm: nə gecəsi gecədir, nə gündüzü gündüz frazeologizm: nə gecəsi var, nə gündüzü frazeologizm: nə günə qalıb frazeologizm: nə hava çalsalar, oynayır frazeologizm: nə insi var, nə cinsi frazeologizm: nə işinə qalıb frazeologizm: nə itim azıb frazeologizm: nə iyi tapıldı, nə piyi frazeologizm: nə izi var, nə də tozu frazeologizm: nə kökə düşüb frazeologizm: nə ölüyə hay verir, nə diriyə pay frazeologizm: nə tüfəngə çaxmaqdır, nə sünbəyə toxmaq frazeologizm: nə ucu var, nə bucağı frazeologizm: nə vecinə frazeologizm: nə yardan doyur, nə əldən qoyur frazeologizm: nə yemisən, turşulu aş frazeologizm: nəyə desən, dəyər frazeologizm: nəyi qoyub nə axtarırsan frazeologizm: özümə nə gəlib? frazeologizm: varlığa nə darlıq frazeologizm: yel qayadan nə apardı əvəzlik: heç nə əvəzlik: hər nə modal söz: hər nə isə Azərbaycan dilinin izahlı lüğəti