Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nəcib [nəcip] sifət ərəb

1. Nəcabəti, əsli olan; əsilli, soylu, nəcabətli. □ Kişi nəcib nəsildən olduğunu hamıya apaçıq göstərdi. (Ə.Haqverdiyev).
2. Alicənab, yaxşı, ürəyi təmiz. □ Üz-gözündən bilinir ki, qonağın nəcib oğlandır. (M.Hüseyn).
3. İsim kimi: alicənab, yaxşı, ürəyi təmiz adam. □ ...sübut gətirim ki, mən özüm də nəciblərdənəm. (N.Vəzirov).
4. Məcazi mənada: təmiz, pak, müqəddəs. □ Nəcib duyğu.
5. Məcazi mənada: qəşəng, gözəl, incə, zərif. □ Nəcib üz.

Azərbaycan dilinin izahlı lüğəti