Reklam
Reklam

Tarix terminləri lüğəti

nefarlar

Cənubi, habelə Şərqi İranın dağlıq və yarımsəhra rayonlarında yaşayan türk tayfası.

Zamanxanlu, səttarxanlu, baharlu, şuli və lar qollarından ibarət olan N. (yaxud nafarlar) farslar tərəfindən güclü assimilyasiyaya məruz qalıblar. N.-lar müsəlmandırlar, doğma dilləri ilə yanaşı, farsca da danışırlar, əsasən, maldarlıqla məşğul olurlar.

Tarix terminləri lüğəti