Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nəfəs [nəfəs] isim ərəb

1. Fiziologiya. Ciyərlə havanı içəri alıb buraxma (insan və heyvanlarda oksigen udub karbon qazı buraxma prosesi). □ Nəfəs üzvləri. Dərindən nəfəs almaq.
2. Ciyərlə alınıb buraxılan hava. □ ...Bəzən onun nəfəsinə qulaq da asır. (S.Vurğun).
3. Məcazi mənada: əlamət, iz, qoxu, təzahür. □ ...yolçu üzündə, yaxınlığı hiss olunan dağların soyuq nəfəsini duydu. (Ə.Məmmədxanlı).
4. Arxaizm. Məcazi mənada: “söz”, “dil”. □ Heç doğru deyil bunun nəfəsi; Nə qəzetdir, tamam pul tələsi. (S.Ə.Şirvani).
5. “Səs” mənasında. □ Xanəndənin nəfəsi dinləyiciləri valeh etdi.

See also:

frazeologizm: azad nəfəs almaq frazeologizm: ikinci nəfəs frazeologizm: nəfəs almaq frazeologizm: nəfəs vermək frazeologizm: nəfəsi çiyinlərindən çıxmaq frazeologizm: nəfəsi də yalandır frazeologizm: nəfəsi gedib-gəlmək frazeologizm: nəfəsi gəlmək frazeologizm: nəfəsi kəsilmək frazeologizm: nəfəsi qaralmaq frazeologizm: nəfəsi yalanla gedib-gəlmək frazeologizm: nəfəsini çəkə bilməmək frazeologizm: nəfəsini çəkməmək frazeologizm: nəfəsini dərmək frazeologizm: nəfəsini içinə çəkmək frazeologizm: nəfəsini kəsmək frazeologizm: pis nəfəsə gəlmək frazeologizm: rahat nəfəs almaq Azərbaycan dilinin izahlı lüğəti