Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nəhayət [nəha:yət] isim ərəb

1. Son, axır, qurtaracaq. □ Hər şeydə başlanğıc və nəhayət vardır.
2. Qurtaracaq, uc. □ Məftilin nəhayətini bir nöqtədə birləşdirmək.
3. Zərf kimi: axırda, sonda, nəticədə. □ Nəhayət gəldi çıxdı. Nəhayət başa düşdü.
4. Zərf kimi: həddindən artıq, son dərəcə, olduqca. □ Məktubunuzu açıb oxudum, nəhayət hər ikinizdən razıyam. (C.Məmmədquluzadə).
5. Zərf kimi: nəhayətdə şəklində – həddindən artıq, son dərəcə, olduqca. □ Ömər nəhayətdə ağıllı və kamallı oğlandır... (N.Nərimanov).
6. Zərf kimi: nəhayətində şəklində – sonunda, axırında, qurtaracağında. □ ...Həftə nəhayətində onu yoxlamağa getdim. (S.Hüseyn).
7. Modal söz kimi: bir də, bunlardan əlavə, hər şeydən sonra. □ İstirahət üçün, nəhayət, şəhərdən kənara çıxmaq olardı.
8. Modal söz kimi: çoxdan gözlənilən bir işin başa gəldiyini, axırda müsbət nəticələndiyini və bundan duyulan məmnunluğu ifadə edir. □ Nəhayət, maşın yola düşdü. Nəhayət, yay tətili yetişdi.

Azərbaycan dilinin izahlı lüğəti