yun. néos – yeni + nasizm
II Dünya müharibəsindən (1939–1945) sonra yaranmış, özlərini Almaniya Nasional-Sosialist Fəhlə Partiyasının xələfləri hesab edən ictimai-siyasi hərəkatların ümumiləşdirici adı.
N.-i müasir şəraitə uyğunlaşmış nasional-sosializm də adlandırmaq olar, çünki onun konkret şüarları və fəaliyyət metodları dəyişsə də, ideya-siyasi mahiyyəti dəyişməz qalır. Son dövrlərdə N. ideyalarının bu və ya digər formada daşıyıcıları olan partiyaların, siyasi təşkilatların mövqeyi Avropada xeyli möhkəmlənib. Bu, ilk növbədə, qitədə miqrant probleminin kəskinləşməsi ilə izah olunur. Odur ki Afrika ölkələri və müsəlman dünyasından olan miqrantlar N. təşkilatlarının əsas hədəfinə çevriliblər.
Tarix terminləri lüğəti