1. Erkək dəvə.
2. Məcazi mənada: qorxmaz, cəsarətli, güclü, qüvvətli.
3. Qırata işarə ilə işlənir (Çardağlı – Çənlibellərdə; Əsrəmiş nər saxlamışam). (“Koroğlu” dastanının lüğəti)
Çatmaz gücünə nər sənin,
Adın dildə əzbər sənin,
Koroğlu kimi ər sənin,
Axır olur oyun, Eyvaz!
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Nərəm davada, qızğın nər,
Dünyada göstərdim hünər,
Boyandı əlimdə şeşpər
Qana deyim, Telli Nigar!
(“Düratın itməyi”)
*
Koroğlu bu sözləri oxuyanda nər dəvə kimi ağzından köpük tökülürdü. Koroğlu Dəli Mehtərə Qıratı yəhərlətdi, sazı sinəsinə basıb dedi... (Paris nüsxəsi, 9-cu məclis)
Azərbaycan dastanlarının leksikası