Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nərə1 [nərə] isim

Zoologiya. Qiymətli əti, kürüsü olan, çaylarda, dənizlərdə yaşayan qığırdaqlı balıq. 

nərə2 [nərə] isim

Dialekt. Evlərin üstünə qoyulan tir. □ Su gəldi, pərə dəydi; Ox keçdi, nərə dəydi; Sənin kimi cavanlar; Tezliklə yerə dəydi. (Bayatı).

nərə3 [nə:rə] isim ərəb 

1. Hücum, həmlə, vuruş əsnasında bərk bağırma; bağırtı.

2. Ümumiyyətlə bərk qışqırıq; çığırtı. □ ...birdən elə nərə çəkib qışqırdı ki, səsinə çöllər titrədi. (M.İbrahimov).

See also:

frazeologizm: nərə çəkmək Azərbaycan dilinin izahlı lüğəti