Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

NƏRGİZ

yunan. narkao (mat qalmaq, çaşmaq, şaşırmaq) feilindəndir. Nərgiz əslində özü özünə valeh olan, vurulan mənasındadır.

Yunan mifologiyasında gənc, gözəl, təşəxxüslü Narkis (bəzi mənbələrdə Nartsis) adlı gənc oğlan su hövzəsində özünü görüb gözəlliyinə mat qalır. Özünə vurulan oğlan çaşdığından yerindəcə donur. Narkisin donub suya düşərək məhv olduğu həmin yerdə sarı çiçəkləri olan gözəl bir gül bitir. O gülün adı dilimizdə nərgizdir. Dünyanın bir çox xalqlarında Nərgiz (Nargis, Narkiz, Nasis, Nartsis və s. formalarda) qadın adı mövcuddur. Türkiyə türklərində Nərgiz müştərək şəxs adları sırasındadır. Nərgiz sözünə xalq ədəbiyyatımızda da, klassik ədəbiyyatda da tez-tez rast gəlinir. XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə Nərgiz geniş yayılmış qadın adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti