fr. passeport, ital. passaporto < lat. passus – hərəkət, keçid üçün icazə
1. Nəşriyyat məhsulunun istehsala hazırlıq prosesində keçdiyi bütün mərhələləri özündə əks etdirən daxili sənəd.
Bu sənəddə nəşrin orijinal-maketi mətbəəyə təhvil verilənədək nəşriyyatda icra olunan bütün hərəkətlər, həmin hərəkətlərin icraçıları, icra vaxtı və vəziyyəti haqda məlumatlar dəqiq qeydə alınır.
2. Nəşriyyat məhsulunun səhifələrinin birində onun haqqında əsas məlumatları əks etdirən və digər materiallardan fərqləndirilərək dərc olunan sənəd.
N.P.-na onun adı, ünvanı, telefonları, saytı, həcmi, formatı, dövriliyi, buraxılış günləri, çap üsulu, tirajı, qiyməti, həmçinin təsisçisinin və rəhbər işçilərinin adları daxil edilir. Dövri nəşrlərdə bu sənəd, adətən, ikinci, yaxud sonuncu səhifədə dərc edilir və onun yeri dəyişdirilmir.
Jurnalistika terminləri lüğəti