Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nəva [nəva] isim fars

1. Avaz, ahəng, musiqi səsi. □ Qoy nəva ney tək edim ta nəfəsim var mənim. (S.Ə.Şirvani).
2. İniltili səs. □ Ölümlərin pəncəsində hıçqıran; Məzlumların nəvasından yarandım. (M.Müşfiq).
3. Musiqi. Azərbaycan klassik muğamlarından biri. □ 12 əsas muğam bunlar idi: üşşaq, nəva, busəlik, rast, əraq, isfahan, zirəfkənd, büzürk, zəngulə, rəhavi, hüseyni və hicaz. (Ü.Hacıbəyli).

Azərbaycan dilinin izahlı lüğəti