1. Nəzəriyyəyə əsaslanan, nəzəriyyə olan, nəzəriyyə ilə əlaqədar, nəzəriyyə əsasında qurulmuş. □ Nəzəri əsər. Nəzəri məqalə. Nəzəri nəticə.
2. Mücərrəd məntiqi və ya riyazi hesablamalar yolu ilə alınan. □ Nəzəri hesablama.
3. İlkin əsaslara, şərtlərə görə mümkün ola bilən, nəzərdə tutulan. □ Maşının nəzəri məhsuldarlığı.
4. Nəzəri məsələlərə həsr olunan, nəzəri məqsəd daşıyan. □ Nəzəri konfrans. Nəzəri məruzə.