lat. nihil – heç nə
Hamı tərəfindən qəbul olunmuş dəyərləri, mənəvi-etik normaları, idealları və әnәnәlәri inkar edən dünyagörüşü, fəlsəfi yanaşma.
XIX əsrin əvvəllərində alman filosofu A.H.Yakobi tərəfindən işlədilən bu termin sonradan F.Nitsşenin əsərlərində fəlsəfi məfhum kimi tam formalaşıb. XX əsrin əvvəllərində N. ədəbi ənənələri inkar edən bir sıra modernist və avanqardist cərəyanların əsasını təşkil edib. Rus ədəbiyyatında bu ifadə İ.S.Turgenevin “Atalar vә oğullar” romanında baş qəhrəman Yevgeni Bazarovun “nihilist” adlandırılmasından sonra geniş yayılıb.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti