Reklam
Reklam

Tarix terminləri lüğəti

nizami-cədid

ər. nizam – qayda, sistem + cədid – yeni

XVIII əsrin sonu – XIX  əsrin əvvəlində sultan III Səlimin (1789–1807) dövründə Osmanlı dövlətində həyata keçirilmiş islahatlar məcmusu.

N-C.-in əsas məqsədi feodal özbaşınalığına qarşı mübarizə, mərkəzi (sultan) hakimiyyətin gücləndirilməsi, Osmanlı dövlətinin geriliyini aradan qaldırmaq üçün hərbi sahənin, vergi sisteminin və s.-nin yenidən qurulması olub. İslahatların qeyri-ardıcıllığı, eləcə də irticaçı qüvvələrin inadlı müqaviməti nəticəsində 1807-ci ildə İstanbulda baş vermiş qiyam sultan III Səlimin hakimiyyətinə və N-C.-ə son qoyub.

Tarix terminləri lüğəti