Reklam
Reklam

Tarix terminləri lüğəti

NKVD

rus. Народный комиссариат внутренних делXalq Daxili İşlər Komissarlığı

1934–1946-cı illərdə SSRİ-də ictimai asayişin qorunması və dövlət təhlükəsizliyi məsələləri ilə məşğul olan mərkəzi dövlət qurumunun – Xalq Daxili İşlər Komissarlığının rus dilində adının baş hərflərindən ibarət abreviatur.

NKVD-yə həm daxili işlər, həm dövlət təhlükəsizliyi qurumları daxil olub. NKVD həmçinin cəzaçəkmə müəssisələri, xarici kəşfiyyat, sərhəd qoşunları, orduda əks-kəşfiyyat, məhkəmədən kənar hökmlər çıxarmaq səlahiyyəti olan xüsusi üçlüklərə və s.-yə nəzarət edib. Bu qurum 30-cu illərdə SSRİ-dəki repressiyaların əsas icrası olub. Həmin illərdə repressiyaya məruz qalanların əksər hissəsi NKVD-nin xüsusi üçlükləri tərəfindən məhkum olunublar. NKVD həmçinin milli zəmində bütöv xalqların (çeçenlərin, Krım tatarlarının, inquşların, balkarların və d.) deportasiyasına rəhbərlik edib.

Tarix terminləri lüğəti