Notariat hərəkətlərinə dair əldə olunmasına və yayılmasına məhdudiyyət qoyulan məlumatlar.
N.S. konfidensial informasiya sayılır və peşə sirri kateqoriyasına aid edilir. Notariuslar və xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar notariat hərəkətlərindən xəbərdar olan şəxslər bu hərəkətlərin sirrini saxlamağa borcludurlar. N.S.-nin açılmasında təqsirli olan şəxslər qanunla məsuliyyət daşıyırlar. Notariat hərəkətlərinin aparılması ilə əlaqədar notariusa qarşı cinayət işi qaldırıldıqda məhkəmə onu sirri saxlamaq öhdəliyindən azad edə bilər.
Jurnalistika terminləri lüğəti