Ən kiçik sistematik takson.
N. həm də qohumluğun təsnifat vahididir. Canlı təbiətin tarixi inkişafının müəyyən mərhələsində əmələ gələn, müəyyən tarixi dövrdə yaşayan, zəruri saya malik, əlamət və xüsusiyyətləri oxşar olan fərdləri bir-biri ilə sərbəst cütləşərək döllü nəsil verən, müəyyən ekoloji şəraitə uyğunlaşmış və coğrafi ərazidə yayılmış canlılar (bitkilər, mikroorqanizmlər və heyvanlar) qrupu N.-ü xarakterizə edir.
Biologiya terminlərinin izahlı lüğəti