Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

NÜMA

fars. nüma (əslində nümayan) sözündən olub, dilimizə tərcümədə görünüşlü, ifadəli kimi anlamlara gəlir.

“Nüma” Azərbaycan şəxs adları sistemində müstəqil ad olmayıb, yalnız bir neçə qadın adının tərkibində komponent olaraq mövcuddur. Məsələn, Gülnüma, Ruhnüma, Rəhnüma və s. Bu adlarda da “nüma” sözü müvafiq olaraq gözəl görünüş və buna yaxın mənalar ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti