Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

nümayan fars

Görünən, zahir olan, aydın olan; əyan, aşkar.

Heç rəhmə gəlmədi zalım cəlladlar,

Bir yana çatmadı dadı fəryadlar,

Burda yer ağladı, göydə buludlar,

Qiyamət nümayan oldu Misirdə.

                             (“Mahmudla Nigar”)

                             *

Ərənlər üstümə gəldi nümayan,

Bir ayə göstərdi bəyanbəbəyan,

Bir səf mələk gördüm huriyi-qılman,

Dal gərdəndə şanaları neçədi?

                          (“Abbas və Gülgəz”)

Azərbaycan dastanlarının leksikası