Nüma (məsdəri: nəmudən) farsca “göstərən” deməkdir. Böyük güzgüyə bədənnüma deyirlər. Nümayəndə, nümunə sözləri də buradandır. Nümayiş “göstərmə” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)