Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nümunə [nümu:nə] isim fars

1. Hər hansı bir məmulatın, şeyin haqqında təsəvvür yarada biləcək hissəsi, örnəyi, qismi. □ Yeni maşınlardan nümunə göstərmək.
2. Başqa oxşar şeylərin hazırlanması üçün əsas olan, örnək olan şey; model, çeşid. □ Yeni mal nümunələri.
3. Bir şeyin həqiqətən necə həyata keçdiyini göstərən əyani misal, canlı şahid. □ Tikintidə necə işləmək lazım olduğunu göstərmək üçün...canlı nümunə idilər. (Ə.Sadıq).

Azərbaycan dilinin izahlı lüğəti