ing. newsroom – hərfi mənada: xəbər otağı
KİV redaksiyalarında informasiya xidmətinin yerləşdiyi, xəbərlərin hazırlandığı iri otaq, zal.
Termin ABŞ-ın qəzet nəşriyyatları və redaksiyalarında iş yerinin xüsusi təşkili prinsipinə uyğun yaranıb: orada redaksiya kollektivi, adətən, hər jurnalistin ayrı iş masası olan böyük zalda yerləşdirilir.
Jurnalistika terminləri lüğəti