Üçüncü şəxs əvəzliyinin təki; haqqında danışılan və ya göstərilən şəxsi bildirir. □ O gəldi.
1. Zaman və ya məkan daxilində bilavasitə göz qabağında olmayan,yaxud uzaq olan şeyi göstərir, həm də ismə konkretlik verir. □ O kitablar mənimdir. O otaqda kim yaşayır?
2. Qoşa olan iki şeyin ikincisini göstərir. □ Yolun o tərəfində. Gölün o sahili.
3. İsim kimi: haqqında danışılan, göz qabağında olmayan və ya uzaqda olan hadisə, şey. □ O mümkün deyil.
Heyrət, təəccüb bildirir (bəzən təkrar edilərək işlədilir). □ O! Bu kimdir? O! Bu heç olmadı.
See also: