1. Yanan bir şeydən çıxan qazlar; atəş. □ Odu söndürmək. Odda yanmaq. Odda qızdırmaq. Kömür odu. Biri od olanda, biri də su olar. (Atalar sözü).
2. Məcazi mənada: obrazlı təşbehlərdə şiddətli hissiyyatın, ehtirasın, coşqunluğun, ruh yüksəkliyinin rəmzi kimi işlənir. □ Qəlbi od dənizi, gözüdür Bakı; Doğma Vətənimin gözüdür Bakı. (B.Vahabzadə).
3. Çox bərk isti. □ Göydən sanki od yağır.
4. Məcazi mənada: qızartı, qırmızılıq; hərarət. □ Kişi od olanda, arvad su olmalıdır. (Atalar sözü).
5. Məcazi mənada: nadinc, yıxıb-dağıdan, daim hərəkətdə olan uşaq haqqında. □ Uşaq deyil, od parçasıdır.
6. Məcazi mənada: ev, ailə, ocaq. □ Bu kənd üç yüz oddan ibarətdir.
See also: