Tutmaq sözünün qədim mənalarından biri “yanmaq, alışmaq” deməkdir. Od tutmaq birlikdə “alışmaq” mənasını əks etdirir. Ehtimal etmək olar ki, tutmaq sözü od kəlməsinin sinonimi olmuş ört sözünün dəyişmiş formasıdır. Maraqlıdır, islanmış adama su tutmaq demirik, yanan şəxsə isə “od tutub” deyirik. Deməli, tutmaq hökmən yanmaq mənası ilə bağlıdır. Pörtmək kəlməsi də ört (yanmaq) feili ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti