Reklam
Reklam

Etimologiya lüğəti

oğuz

Dilimizdə “bacarmaq” mənasını verən u feili olub. Onun üzərinə z (s) artır­maqla “bacarıq” mənasını verən uz (us) kəlməsi düzəlib (indi də işlədilir): Dərviş olan baxmaz pusta, / Uslu olan olar usta. (Aşıq Murad) Qərb dialektlərində ustuf sözü var, bu elə uslu kəlməsinin təhrifidir, “ağıllı, ehtiyatlı” və s. mənalarında işlədilir. Oğuz sözünün hissəsi “ox” deməkdir. Uz hissəsi isə “usta”, “məharətli” anlamını verir. Oğuz –“ox ustası” deməkdir: oxu düzəltməkdə və atmaqda oğuza çatan olmayıb. Onların oxu slavyanlarınkından 150 m uzağı vururmuş. Səbəbi isə odur ki, oxun arxa tərəfində yelək hissəsi olurmuş. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti