Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

öləziməx'1

Qarakilsə, Salyan, Tovuz

1. Zəifləmək.

2. Sönmək.  İşıx öləzidi (Tovuz); Təndir öləziyif, çörəyi pişirmiyəcəx' (Qarakilsə).

öləziməx'2

Zəngilan

Solmaq, qurumaq. □ Tağlara gəvgəz dəyif, öləzi:r.

öləziməx'3

Gədəbəy, Qarakilsə

Döymək, vurmaq. □ Getdim gördüm ki, almeyi yolor, bir çıvıx qırıf öləzidim, nə öləzidim (Gədəbəy).

öləziməx'4

Füzuli

Ləngimək, gecikmək. □ Bılar öləzidi, gəlif çıxmadı.

öləziməx'5

Mingəçevir

Ara vermək. □ Yağış öləzidi.

öləziməx'6

Qarakilsə

Yaxşılaşmaq, sağalmaq, yüngülləşmək. □ Üzümnən qan aldırram, onnan sonra birəz öləziyir.

Azərbaycan dilinin dialektoloji lüğəti