►Çox ağır, qeyri-adi vəziyyətə düşmək, xәstәlik, ağrı keçirmәk, iztirab çәkmәk, hədsiz dərəcədə hәyәcanlanmaq.
İfadə qәdim hind eposu olan «Kәlilә vә Dimnә»dә tәsvir edilәn bir әfsanәdən qaynaqlanaraq yayılmışdır.
Həmin əfsanəyə görə, sәfәrә çıxan bir tacirdәn ailә üzvlәrinin hәrәsi bir şey alıb gәtirmәsini xahiş edir. Qәfәsdә saxlanan tutuquşu heç nә istәmir, yalnız öz tutu yoldaşlarına salam göndәrir. Tacir meşәdә tutulara rast gәlib evdәki quşdan onlara salam yetirir. Bu zaman quşlardan biri qəflətən yerә yıxılıb çırpınmağa başlayır vә nәhayәt, ölür. Bunları görәn tacir evә qayıtdıqdan sonra bu әhvalatı evdәki tutuya nәql edir. Әhvalatı eşidәn kimi evdәki quş da qәfәsdә bir az çırpınıb qәflәtәn gözlәrini yumur vә hәrәkәtsiz qalır. Tacir onu ölmüş bilib qәfәsdәn çölә atdıqda quş havaya qalxıb yoldaşlarının yanına uçmağa başlayır. Taçir başa düşür ki, meşәdәki tutu özünü ölülüyә vurmaqla («ölüb») xilas olmaq («ölümdәn qurtarmaq») yolunu göstәrirmiş.
Bu məsəldən Nizami, Xaqani, Rumi, Sәdi, Cami vә bu kimi böyük söz ustaları istifadә etmişlәr.
Məsəllər, deyimlər