1. Biologiya. Orqanizmin həyat fəaliyyətinin həmişəlik dayanması və onun məhv olması, orqanizmdə və ya onun bir hissəsində maddələr mübadiləsinin dayanması, kəsilməsi. □ Fizioloji ölüm.
2. İnsan və ya heyvanın həyatının sona çatması; ömrün nəhayəti; vəfat, ölmə, ölmək vaxtı. □ Yaman dirilikdən ölüm yaxşıdır. (Atalar sözü).
3. Məcazi mənada: bir şeyin sonu, məhvi. □ Kapitalizmin ölümü.
4. Edam cəzası. □ Ölümə məhkum etmək.
5. Məcazi mənada: məhv olmaq təhlükəsi, dəhşətli fəlakət. □ Demək, biz şəhərimizi ölümdən qurtardıq. (M.Hüseyn).
See also: