Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

o:ma1

Ağdaş, Göyçay, Mingəçevir, Oğuz, Şəki

Xəmiri südlə yoğrulan və şəkər, zəfəran və müxtəlif ədviyyatla bişirilən çörək.  Bi təndir o:madan bi dənə qalmi:tdi, hamsi yiyi:ltdi; O:manı bayramda yapallar (Şəki); Anam o:ma göndərmişdi (Ağdaş); O:manı bayramnan-bayrama pişirillər (Oğuz).

o:ma2

Cəlilabad

Aşılanmış. □ Yadımdədi o:ma gönin çarıği.

Azərbaycan dilinin dialektoloji lüğəti